site.register_head_txt
site.register_alt_head_txt
Əgər artıq hesabınızı yaratmısınızsa, giriş səhifəsinə keçin
SAYTDAN İSTİFADƏ QAYDALARI VƏ ŞƏRTLƏRİ
Bu Qaydalar və Şərtlər (“Qaydalar”) Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Elektron ticarət haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası qanunlarına və bu qanunlara müvafiq olaraq qəbul edilmiş digər normativ aktlara müvafiq olaraq hazırlanmışdır və sayt vasitəsilə bağlanan müqavilələrin hüquqi tənzimlənməsini nəzərdə tutur.
Bu Qaydalar fiziki və hüquqi şəxslərlə www.teqdimcell.az saytı (“Sayt”) üzərindən əldə edilən (alınan) xidmətlərin şərtlərini müəyyən edir. Sayt üzərindən hər hansı xidməti sifariş etməzdən əvvəl bu qaydaları tam olaraq oxumaq lazımdır! Burada qeyd olunan şərtlərdən hər hansı birini qəbul etmirsinizsə, sifariş əməliyyatlarınızı ödəniş etmədən ləğv etməyiniz vacibdir. Bu Qaydaların məqsədləri üçün www.teqdimcell.az saytı “Sayt” olaraq, saytın administrasiyası “Vasitəçi” olaraq, saytda qeydiyyatdan keçərək xidmət alan şəxslər (tələbələr) “Alıcı”, saytda elan yerləşdirərək öz xidmətlərini təklif edən şəxslər (müəllimlər) “Satıcı”, birlikdə isə “Tərəflər” olaraq qeyd olunacaqdır. Alıcı və Satıcı birlikdə “İstifadəçilər” olaraq da qeyd oluna bilər.
1.1. Saytda qeydiyyatdan keçmiş Alıcı saytda qeyd olunan müqavilə və istifadə şərtlərini tam oxumuş və qəbul etmiş sayılır. Müqavilə şərtləri Saytdan ödəniş edərək əldə edilən istənilən xidmətlər üçün keçərlidir.
1.2. Saytda göstərilən istənilən xidmətdən yaralanmaq üçün Alıcı mütləq qaydada saytda qeydiyyatdan keçməlidir. Alıcının qeydiyyatdan keçərkən təqdim etdiyi məlumatlarının hər hansı birində (ad, soyad, ata adı, e-mail ünvan, mobil nömrəsi və s.) qeyd olunan məlumatların doğru olmaması onun məsuliyyət dairəsindədir. Saytda qeydiyyatdan keçərək xidmət alan Alıcı bu məlumatların doğruluğunu qəbul etmiş sayılır. Alıcının qeyd etdiyi e-mail ünvanından və mobil nömrədən gələcəkdə hər hansı bir bildiriş göndərmək üçün istifadə edilə bilər. Bu e-mail ünvanının və mobil nömrənin etibarlı olması Alıcının məsuliyyət dairəsinə daxildir. Alıcının e-mail ünvanındakı və mobil nömrədəki hər hansı bir xətadan dolayı məlumatların çatmaması və ya vaxtında çatmaması Vasitəçinin və ya Satıcının məsuliyyətinə aid deyil.
1.4. Saytda qeydiyyatdan keçən Alıcıya Sayt tərəfindən avtomatik rejimdə elektron kabinet yaradılır.
1.5. Alıcı istifadəçi adı və şifrənin təhlükəsizliyini təmin etməli, onun başqa şəxslər tərəfindən istifadə olunmamasına təminat verməlidir. Əks təqdirdə, baş verə biləcək əməliyyatlara görə Sayt heç bir məsuliyyət daşımayacaqdır. Alıcıya göndərilən login barədə məlumatlar Vasitəçidə saxlanılmır. Əgər Alıcı istifadəçi adı və ya parolu unudarsa, sayt üzərindən qeydiyyatdan keçdiyi mobil nömrə vasitəsi ilə ona göndərilən OTP kodu müvafiq xanaya yazaraq bərpa edə bilər. Məlumatların yoxlanması məqsədilə Alıcıdan vurğuladığı müvafiq sahədə iş təcrübəsini sübut edən sənədlərin (iş yerindən arayış) skan olunmuş versiyasını tələb edə bilər.
1.6. Alıcıların hərəkətlərinə görə Sayt üçüncü şəxslər qarşısında heç bir məsuliyyət daşımır.
2.3. Alıcı xidməti almaq istədiyi zaman saytda yerləşdirilən müqavilənin detalları ilə tanış ola bilər. Alıcı istəklərini “Sifariş” səhifəsində qeyd etdikdən sonra sifarişini moderasiyaya göndərir. “Sifariş” moderasiyadan keçdikdə, Alıcıya sms vasitəsilə xəbərdarlıq mesajı gəlir. Mesajda, həmçinin ödənişi həyata keçirmək üçün link yerləşdirilir.
2.4. Müqavilə şərtləri barədə razılığa gəldikdən sonra Alıcı sms vasitəsilə göndərilən link-ə daxil olmalı və ya ödəniş terminalları vasitəsilə ödənişi həyata keçirməlidir.
2.5. Ödəniş tam icra edildikdən sonra 3 iş günü ərzində Alıcının sifarişi hazırlanır və ona təqdim olunur.
3.1. Saytda qeydiyyatdan keçən Alıcı qeydiyyatdan keçərkən öz razılığı ilə daxil etdiyi şəxsi (fərdi) məlumatlarının Sayt tərəfindən yalnız bu Qaydaların məqsədləri üçün toplanmasına və istifadəsinə razılığını bildirmiş olur.
3.2. Sayt Satıcı tərəfindən ona təqdim edilən və özündə toplanmış şəxsi (fərdi) məlumatların təhlükəsizliyinə zəmanət verir və həmin məlumatların qanunsuz olaraq üçüncü şəxslər tərəfindən əldə edilməməsi və istifadə olunmaması üçün hər cür texniki imkana malik olmasını bəyan edir və zəmanət verir.
3.3. Saytda toplanan və Satıcıya məxsus olan şəxsi (fərdi) məlumatlar yalnız qanunvericilikdə göstərilən hallarda və qaydada səlahiyyətli dövlət orqanlarına və məhkəməyə təqdim edilə bilər.
3.4. Sayt Alıcının şəxsi məlumatını Azərbaycan Respublikasının fərdi məlumatların qorunmasını təmin edən qanunvericiliyinə uyğun olaraq qəbul etməli, saxlamalı, istifadə etməli və onun hüquqlarını pozmamalıdır.
4. Təhlükəsizlik şərtləri
4.1. www.teqdimcell.az veb-saytının “Konfidensiallıq siyasəti” başda ölkənin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarına, “Fərdi məlumatlar haqqında” Qanuna, “İnformasiya əldə etmək haqqında” Qanuna və Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.
4.2. www.teqdimcell.az veb-saytında İstifadəçi ilə Veb-sayt arasında fərdi məlumat mübadiləsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir.
4.3. Baş vermiş inzibati xətaları, cinayət əməllərini törətmiş şəxsləri ifşa etmək, hüquqa zidd əməllərin nəticələrini aradan qaldıra bilmək məqsədilə, habelə gələcəkdə baş verə biləcək inzibati xətaların, cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti belə qəsdlərdən qorumaq məqsədilə Veb-sayta daxil edilmiş məlumatlar hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya rəsmi sorğuları nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl edilməklə, İstifadəçinin razılığı alınmadan belə orqanlara təqdim edilə bilər.
4.4. Alıcıya aid fərdi məlumatlar onun özü tərəfindən könüllülük prinsipinə riayət etməklə təqdim olunduğu andan mühafizə edilir. Alıcı özünün istifadəçi adı və şifrəsini hər zaman tam məxfi saxlamalıdır. Alıcı heç kəsə öz istifadəçi adı və şifrəsini açıqlamamalıdır. Əgər Alıcı öz login və parolunun kiməsə məlum olmasından şübhələnərsə və ya bu barədə xəbər tutarsa, dərhal Saytın əlaqəli şəxsinə bu barədə məlumat verməli, İstifadəçi adı və şifrəsini müvafiq qaydada dəyişməlidir. Alıcının bu bənd üzrə öhdəlikləri aşağıda göstərilən istisnalardan asılıdır:
• Alıcının istifadəçi adı və şifrəsi özünəməxsus, digər şəxslər tərəfindən asanlıqla tapıla bilməyən olmalı, o cümlədən doğum tarixindən, Alıcının öz və ya ailə üzvünün adından, Alıcının telefon nömrəsindən və ya “1234” kimi ardıcıl rəqəmlərdən istifadə edilməməlidir.
4.5. Yuxarıda qeyd olunanlarla yanaşı, həmçinin onu da nəzərinizə çatdırırıq ki, “ABC-Telecom” gələcəkdə istənilən zaman bu “Konfidensiallıq Siyasəti”nə birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır. Belə dəyişikliklərin edilməsi müxtəlif zərurətlərdən əmələ gələ bilər (məsələn: qanunvericiliyə edilmiş müxtəlif dəyişikliklərlə bağlı, istifadəçilərin veb-saytdan istifadələrinin daha da asanlaşdırılması, müxtəlif kampaniyaların həyata keçirilməsi və s.). Lakin hər bir halda İstifadəçiyə məxsus fərdi məlumatların konfidensiallığının təmin edilməsi prinsipinin aliliyi tərəfimizdən rəhbər tutulacaqdır.
5. Əqli mülkiyyət münasibətləri
Saytda dərc edilən/yerləşdirilən, milli və beynəlxalq hüquqi aktlarla əqli mülkiyyət obyekti hesab olunan obyekt və məlumatlar müvafiq qaydada qorunur, qanunsuz yayılmasına və istifadəsinə icazə verilmir. Sayta Alıcı və ya Satıcı tərəfindən yerləşdirilən və əqli mülkiyyət obyektinə aid ola bilən obyektlərlə bağlı münasibətlər Azərbaycan Respublikasının əqli mülkiyyətə dair (müəlliflik hüququ, əlaqəli hüquqlar, patent, əmtəə nişanı, coğrafi göstərici, ixtira, kəşf, sənaye nümunəsi və s.) qanunvericiliyinə müvafiq olaraq tənzimlənir.
6. Müqavilənin müddəti
Alıcı saytda qeydiyyatdan keçməklə bu müqavilənin bütün şərtlərini tam qəbul etmiş sayılır. Bu müqavilə müddətsiz olaraq bağlanılır.