Haqqında

TəqdimCell nədir?

TəqdimCell - korporativ və ya şəxsi nömrənizə standart çağırış siqnalı əvəzinə faydalı məlumatları təyin etməyə imkan verəcək xidmətdir. Zəng edən abunəçi çağırış siqnalı əvəzinə xüsusi salamlamanızı eşidəcək.

 

Adi, monoton, standart çağırış siqnalını korporativ salamlama və ya "avtocavablayıcı" ilə əvəz etdikdə şirkət sərfəli fərdilik əldə edir. Bu sizə öz təkrarolunmaz, şəxsi üslubunuzu vurğulamağa kömək edir.

Standart çağırış siqnalı əvəzinə, şirkətin salamlama və ya korporativ himnini (sloqanını) təyin edə bilərsiniz. TəqdimCell-dən istifadə etməklə sizə zəng vuraraq uzun müddət xətdə gözləyən müştərilərinizi itirməyəcəksiniz. Müştərilərinizə göstərdiyiniz xidmətlər, şirkətin iş qrafiki, aksiyalar və endirimlər haqqında məlumat vermək üçün səs siqnalını təyin edin. Fəaliyyətinizin izlənə biləcəyi populyar sosial şəbəkə hesablarınızı reklam edin.